//“BlackPink”-in qızları, “Kill This Love” mahnısının kadr arxası səhnələrini təqdim etdilər!

“BlackPink”-in qızları, “Kill This Love” mahnısının kadr arxası səhnələrini təqdim etdilər!

 

 

BlackPink, pərəstişkarların “Kill This Love” mahnısının çəkilişlərini görməsi üçün, aprel ayının 6-da rekordlar qıran həmin klipin kadr arxası səhnələrini pərəstişkarları ilə bölüşdü.

Klipin əvvəlində qızların hər biri həyəcanla, özü özünü təqdim edir. Daha sonra hər biri öz oynadığı rolu izah edir.

  • Beləliklə, Lisa belə deyir  “Ani sevgi, mən sizin sevginizi oğurlamağa gəlmişəm. O, bütünlüklə mənimdir”.
  • Cenni “Lisa ilə mən, klip boyu bir birmizi bir baxışda anlayırdıq. Bizim səsli danışmağımıza heç gərək qalmırdı.”
  • Rose “Rejissor, məhz mənim sükan arxasına oturmamı istədi. Bu səhnə sanki film kimi çəkilib. Mən çox təəcübləmişdim buna. Əla səhnə alınıb”
  • Cıso “Mənim gələcəyim. İçimdəki zəif MƏNi görməmək üçün özüm özümü yayla vururam”

 

TAGS: