//BlackPink-in mətbuat konfransı ləğv olundu!

BlackPink-in mətbuat konfransı ləğv olundu!

 

Hamının səbirsizliknən gözlədiyi “Kill This Love” mahnısının klipi artıq yayımlandı.  Klipin bu günə planlaşdırılan təqdimat mərasimi ləğv olundu. Bu qərar, hamını xüsusəndə jurnalist və pərəstişkarları çox məyus etdi. Qərarla bağlı, qrupun agentliyi YG Entertainment aşağıdakı açıqlamanı verdi.

11 saat bundan əvvəl agentliyin verdiyi açıqlamada məlum olub ki, Sokçoda (Sokcho) baş verən yanğınla əlaqədar tədbir təxirə salınır. Agentliyin verdiyi açıqlamada belə deyilir ” Koson və Sokçho şəhərləri yaxınlığında baş verən fövqəladə vəziyyətlə əlaqədar, biz Qanqvon vilayətinin sakinləri ilə birlikdə, bu qərara gəlmişik”. Bununla yanaşı agentlik bu tədbiri səbirsizliklə gözləyən jurnalist və pərəstişkarlardan anlayış göstərilməsini xahiş edib. Açıqlamanın sonunda agentlik, bütün heyyət adından baş sağlığı diləyərək belə deyib “qurbanların yaxınlarına başsağlığı diləyirik”

Yanğınla bağlı ətraflı məlumatı buradan oxuya bilərsiniz.

TAGS: