//BLACKPINK-in “Kill This Love” rekordları

BLACKPINK-in “Kill This Love” rekordları

BLACKPINK-in “KILL THIS LOVE” klipi dünya rekordları qırır.

BLACKPINK, yeni MV-si ilə ən tez müddətdə 80 milyon izlənmə yığan K-Pop qrupu oldu. “KILL THIS LOVE ”, BTS-in “İDOL” ilə  2 gün 23 saat 16 dəqiqə ərzində qırdığı rekordu 1 gün 18 saat 50 dəqiqə ərzində üstələyərək BTS-in rekordunu təzələyib. Bu “YouTube” portalında 80.000.000 izlənməni ən tez keçən ilk K-Pop klipi oldu.

”KILL THIS LOVE”, Arianda Grande-nin “Thank U, Next” klipindən sonra  “Youtube”-da 24 saat ərzində 49.8 milyon izləməni keçən ilk qrup və klip oldu. 5 apreldə yayımlanan klip 24 saat ərzində 49.852.930 baxış sayı toplayıb.

“KILL THIS LOVE” yarım saat ərzində 1 milyon bəyəni toplayaraq Arianda Grande-nin rekorunu qırıb. Bununlada kifayətlənməyən qrup, Amerikanın “İTunes”-unda 1-ci sıraya yüksələrən ilk K-pop və 15 ildən sonra bunu bacaran ilk qız qrupu olub. 15 il öncə bu rekordun sahibi Beyoncenin də tərkibində olduğu “Destiny Child” qrupu olmuşdur.

Həmçinin BLACKPİNK, 37 ölkənin “İTunes”-unda 1 nömrə olub. Qızlar “Global Spotify” siyahısında 4-cü olan ilk korealı qrupdur. Beləliklə , bundan öncəki “Kiss and Make Up” rekordunu qıraraq ilk qız K-pop qrupu olmağa davam edir.

Geri dönüşdən sonra İG hesabı üzərindən Harry Stayles Jennie-ni, Gwen Stefani isə Jennie Rose-u izləməyə başlayıb.

BLACKPINK, Azərbaycan trendlərində 42 sıradadır 🤩👏🏻
Təbriklər BLINKS !! ^^

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova