//Bizim başa düşmədiyimiz amma koreyalılar üçün önəmli olan adətlər

Bizim başa düşmədiyimiz amma koreyalılar üçün önəmli olan adətlər

 

Cənubi Koreya parlaq və yadda qalan ölkələr siyahısındadir. Bu dəfə biz sizə koreyalılıar üçün önəmli olan bəzi adətlərdən yazacayıq. Bu adətlərin istər gündəlik olanları, istərsədə əsrlərlə davam edən tarixə malik olanları bizim adət ənələrimizlə müqayisədə tamamilə fərqlənən adətlərdir.

1. Doğum tarixləri.

Koreyada doğulan uşaqların doğum tarixləri bizimkindən fərqli olaraq onlarda 1 yaşından başlayır. Əgər koreyalı sizə deyirsə, onun 25 yaşı var, siz bu yaşdan 1 çıxıb əsas yaşı müəyyən edə bilərsiz. Belə ki, doğum illərinin sayı doğulduğu gündən deyil, doğulduduğu gün və üç ay sonradan hesablanır.  Beləliklə, ana bətnindəki doqquz ay və doğulduğu gündən üç ay 1 yaş kimi hesablanır. Həm də, onlarda doğum gününü doğum tarixindən deyil, yeni ildən ilə fərqləndirirlər. Məsələn kimsə doğulub dekabr ayında amma artıq yanvar ayıdırsa deməli o, bir yaş daha böyümüş hesab edilir.

2. Onlar qırmızı qələmlə yazı yazmırlar.

Hər nə olur olsun nəbadə koreyalı dostunuza qırmızı hərflərlə yazı yazasınız. Belə bir yazı onlar üçün həmin adama ölüm arzuladığınız mənasına gələ bilər. İstənilən dəyərli hədiyyəni qırmızı ilə yazılan yazı asanlıqla məhv edə bilər.

 

3. Fevralın 14-dü sevgililər günündə ancaq qızlar oğlanlara hədiyyə verməlidir.

Cənubi Koreyada sevgililər günü “Qırmızı gün” adlanır. Bu gün ancaq oğlanlara hədiyyə verilməlidir. Qızlar öz hədiyyələrini “Ağ gün” adlanan gün alırlar. Bu günü koreyalılar 14 martda qeyd edirlər. Bundan başqa Koreyada subaylarında öz günü var.  “Qara gün” adlanan bu günü aprelin 14-də qeyd edirlər. Subaylar bu gün özlərini təbrik edir, hədiyyə alır, şam yeməyi təşkil edirlər. Adətən belə günün şam yeməyində qara sous ilə əriştə yemək adətdir.

 

4. Koreyada kişilər də, makiyaj edir.

Koreyada kişilərin gündəlik makiyaj edib bayıra çıxmağı normal hesab olunur. Koreyada təkcə qadınların deyil eləcədə kişilərin də xarici görkəminə böyük önəm verirlər. Bu səbəbdən koreyalı oğlanlarda kosmetoloq yanına gedib, dəriyə qulluq prossedurları edirlər. Həmsöhbətində yaxşı təəssürat oyatmaq, müdriyyətin xoşuna gəlmək üçün adi adamlarda məşhurlar kimi makiyaj edib özünə qulluq edirlər.

5. Onlar 4 rəqəmindən qorxurlar.

Bu rəqəm uğursuz rəqəm hesab olunur. Hətta siz 4 rəqəmini başqa rəqəmlərlə birlikdə istifadə etsəz belə bu onun uğursuz olmadığı anlamına gəlməyəcək.  Bəzi biznes mərkəzlərdə, binalarda lift quraşdırılan zaman 4 rəqəmini ixtisara salırlar. Eləcədə 4-lə bağlı digər 14, 24, 34, 42 kimi rəqəmləridə. Adətən 4 rəqəmi  3a ilə əvəz olunur. Ümumiyyətlə 4 rəqəmini istifadə etməməyə çalışırlar, xüsusəndə ailə bayramlarında, əzizlərdən kimsə xəstə olanda və digəra hallarda. Bu rəqəmi  şəxsi telefon nömrələrində və ya vizitkalarda rast gəlmək qeyri mümkündür.

 

6. Ayaqyolunda çanaqları isitmək adəti.

Biznes mərkəzlərdə, kafe və restoranlarda, xəstxanalarda və bir çox başqa yerlərdə qızıdırıcı ilə təchiz olunmuş, oturcaqlı çanaqlara rast gəlmək mümükündür.  Belə çanaqlarda oturmaq arzusu o qədər güclü olur ki, hətta ayaqyollarında növbələr yaranır. Bu növbələrin online şəkildə də tutulduğu deyilir.

Ən çox hansı adət sizə qəribə gəldi?