Sunmi (Lee Sunmi), mart ayının 19-da Argentinanın Buenos-Ayres şəhərindən olan pərəstişkarı ilə görüşdü. Hello82 qrupu tərəfindən təşkil olunan bu görüşdən 16 yaşlı pərəstişkarın xəbəri yox idi. Onların bir-bir ilə ilk görüşdükləri an həyəcanlı dolu idi. Pərəstişkar göz yaşlarını saxlaya bilməyib, ağladı. Bunu görən idol, biganə qalmayıb onu qucaqladı və sakitləşdirməyə çalışdı. Bundan sonra onlar birlikdə karookeye gedib, əyləndilər. Orada Sunmi (Lee Sunmi) pərəstişkarı ilə birlikdə özünün “Heroine, Gashina” mahnılarını səsləndirdilər. Məhz “Gashina” mahnısı ilə ona bağlanan pərəstişkar, sevgisini etiraf etdi. Pərstişkarın həmin gün ad günü olduğundan Sunmi (Lee Sunmi) onun arzularını həyata keçirtməyə çalışdı və ən sonda ona ad günü hədiyyəsi verdi. Gəlin birlikdə baxaq. Hər birinizə öz idolu ilə görüşəcəyi ümüdi ilə hələlik.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020