//BigHit Entertainment BTS V Live yayımında görünən şəxsin sasaeng fan olmadığını və şirkətin işcisi olduğunu bildirdi

BigHit Entertainment BTS V Live yayımında görünən şəxsin sasaeng fan olmadığını və şirkətin işcisi olduğunu bildirdi

BigHit Entertainment son yayımlanan BTS V Live yayımında görünən şəxsin sasaeng fan olmadığını və şirkətin işcisi olduğunu bildirdi.

Big Hit Entertainment V Live yayımında sasaeng fanın görünməsi ilə bağlı olan xəbərlərə cavab verdi.

17 fevralda BTS üzvləri J-Hopenin ad gününü qeyd etmək məqsədi ilə pərəstişkarları ilə birgə canlı yayım hazırladı. BTS pərəstişkarları yayımda bir anda qapıdan girən və şəkil çəkən birini görərək onun sasaeng fan olduğunu düşündü və Big Hit Entertainmentin  BTSi düzgün qorumadığını iddia etdilər.

Big Hit Entertainment iddialara cavab olaraq : “ Adı gedən şəxsin sasaeng fan olmadığını ancaq şirkətin işcisi olduğunu təsdiqlədik. Çöldən heç kəs içəri girməyib.” -deyərək , şirkətin sənətçilərini lazımi qaydada qoruduğunu bildirdi.

 

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova