//BIGBANG qrupunun üzvü T.O.P-un hərbi xidmətdən təxris olunama vaxtı müəyyən oldu

BIGBANG qrupunun üzvü T.O.P-un hərbi xidmətdən təxris olunama vaxtı müəyyən oldu

 

May ayının 21-də Yonqsan şəhərinin nümayəndəliyi tərəfindən KİV-nə verilən məlumatlarda, BIGBANG qrupunun üzvü T.O.P-un hərbi xidmətini təyin olunan gündən daha tez tamamalayacağı məlum oldu. Buna səbəb, Koreya dövlətinin 2018-ci ildə məcburi hərbi xidmət haqqında qanuna edilən dəyişikliklərdir. Təyin olunan qanun, sadəcə hərbi xidmətdə olanlara deyil, həm də dövlət işində işləyənlərədə aiddir. Nümayəndənin verdiyi məlumatda belə deyilir: “Çe Sınq Hyon (Choi Seung-hyun) iyul ayının 8-i tarixində hərbi xidmətdən təxris olunacaq. Məcburi əsgərlik haqqında qanuna edilən dəyişikliklərdən onun hərbi xidməti təxminən 27 gün azalıb”. Qeyd edək ki, sevilən müğənni 2017-ci ilin fevral ayında hərbi xidmətinə polis məmuru kimi başlayıb. 2019-cu ilin avqust ayında geri dönməli idi. O, öz hərbi xidmətini polis nümayəndəsi kimi başlamasına baxmayaraq qeyri qanuni yolla narkotik vasitələrdən istifadə etdiyi üçün cəzalandırlaraq polis məmurluğundan azad edilmişdir. Bundan sonra 2018-ci ildə o, hərbi xidmətini tamamlamaq məqsədi ilə Yonssan şəhəridə ictimaiyyətə xidmət vəzifəsinə təyin edilib.

Qeyd edək ki, namalum mənbələrdə, sevilən müğənninin ayın 6-sı gələcəyi deyilir. Hansamo ailəsi adından bütün pərəstişkarları bu münasibət ilə təbrik edirik.