//BIGBANG-dan T.O.P ilə bağlı əsgərlikdə ayrıseçkilik iddiaları

BIGBANG-dan T.O.P ilə bağlı əsgərlikdə ayrıseçkilik iddiaları

MBC-nin “Newsdesk” proqramı 19 martdakı bölümündə T.O.P-nin keçirtdiyi xəstəliklə bağlı icazələrin sayından bəhs edib. BIGBANG üzvü T.O.P hal-hazırda Yonqsan Rayon Ofisində bir işci kimi vəzifə göstərir. İş saatı çərşənbə axşamından şənbə gününə qədər, səhər 10-dan axşam 7-yə qədərdir. Onun başqaları ilə müqayisədə daha çox xəstəliklə bağlı icazə aldığı bildirilib.

2018-ci ilin Çusok tətilində T.O.P 3gün normal icazədən əlavə 4 gün icazə və 2 gün xəstəliklə bağlı icazə alıb. Həmçinin 2018-ci ilin iyun ayındakı Anım günü üçün 4 gün, 2gün əlavə və 1 gün xəstəlik icazəsi alıb. Newsdesk, T.O.P-nin bütün icazə günlərini heç bir tibbi arayış olmadan aldığını da bildirib.

Yonqsan Rayon Ofisində işləyən 226 işci ilə müqayisədə 3 həftə artıq icazədən istifadə etdiyi bildirilib. Lakin Yonqsan Rayon Ofisi bunun doğru olmadığını bildirdi.

YG Entertainment : “T.O.P hal-hazırda alternativ xidmət göstərir. Buna görə də agentlik sizə açıqlama verə bilməz. Məsələni Yonqsan Rayon Ofisindən soruşun.”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova