//BIGBANG-dan Sınqri(Seungri) konsertində “Burning Sun” hadisələri haqqında pərəstişkarlarəndan üzr istədi

BIGBANG-dan Sınqri(Seungri) konsertində “Burning Sun” hadisələri haqqında pərəstişkarlarəndan üzr istədi

BIGBANG-dan Sınqri(Seungri) 16 fevralda “Seungri 1st Solo Tour The Great Seungri Final in Seoul” konsertində pərəstişkarları ilə görüşdü. Keçən aylarda yaşanan “Burning Sun” skandalından bəhs edərək  səmimi şəkildə üzr istədi.

”Burning Sun” skandalı ; Yanvar ayında fiziki zorakılıqla bağlı hadisədir. Hadisə Sınqrinin sahib olduğu “Burning Sun” klubunda meydana gəlib. Hadisə ilə bağlı təcavüz, gizli kamera və narkotik istifadəçiliyi iddiaları ortaya atıldı. İddialar polis tərəfindən araşdırılır. YG Entertainment CEO-su Yanq Hyon Suk(Yang Hyun Suk) və Sınqri mövzu ilə bağlı rəsmi açıqlama bildirdilər. Burning Sun CEOları da açıqlama edərək üzr istədilər. CEOlar tərəfindən Seunqrinin klubun idarəçiliyi işlərinə daxil olmadığını bildirdilər.

16 fevraldakı konsertinə başlamadan öncə Sınqri pərəstişkarlarından üzr istədi. Sınqri :

“Son mübahisələrdən danışmaq istəyirəm. Əgər bunu bu gün etməsəm bura gələn insanlar bunun üçün narahat olacaqlar. Məni düşünən hər kəsdən çox üzr istəyirəm. Bir çox insanı məyus etdiyim üçün kədərliyəm və onları düşündükcə çox kədərlənirəm.

Mənimlə bağlı mübahisə olmasına baxmayaraq məsuliyyətsiz davrandım. Mübahisələr ictimaiyyətə açıq yerdə olsa belə özümü ifadə edə bilmədiyim , məsuliyyətli davranmadığım üçün utanıram və buna görə də peşmanam. Hadisələrin hamısı mənim səhlənkarlığım üzündən oldu.

Məşhur biri olduğun üçün bundan sonra 2 qat daha diqqətli düşünəcəm və davranacam. Təvazökarlıq göstərmədiyimvə diqqətsiz davrandığım üçün üzr istəyirəm. Keçirdiyimiz illər boyunca hamınızı xoşbəxt etmək üçün əlimdən gələni etdim. Ancaq sizlərə sadəcə məyusluq hissi yaşatdım. Buna görə utanıram və bütün səmimiyyətimlə üzr istəmək istəyirəm. Konsert boyunca əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm. Buna görə çox hazırlıq görmüşəm. Konsertin dadını çıxarsanız çox minnətdar olacağam.” – dedi.

Sınqri, əsgərə getməmişdən öncəki son konsert məkanlarını da açıqladı. Hon Konq, Manila və Tokyoda pərəstişkarları ilə görüşəcək, Seuldakı konsertinin ardınca isə Sinqapur,Osaka və Cakartaya yollanacaq.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova