//BIGBANG-dan Sınqri(Seungri) havalimanında jurnalistlərdən qaçdı

BIGBANG-dan Sınqri(Seungri) havalimanında jurnalistlərdən qaçdı

BIGBANG-dan Sınqri havalimanında jurnalistlərdən qaçarkən görüntülənib.

22 fevralda Sınqri solo konserti üçün Sinqapura uçmağı gözləyərkən İnçon havalimanında jurnalistlərin hədəfinə çevrilib. “Newsen”” jurnalistlərinə görə Sınqri havalimanında bir qrup jurnalisti gördükdən sonra qaçmağa başlayıb. Jurnalist : “ Qaçarkən gözlərini bərk yumduğunu gördük” -deyə bildirib.

“Burning Sun” klubu ilə bağlı hadisələrə görə Sınqri, müsahibə almaq istəyən müxbirlər tərəfindən günlərlə təzyiq altında qalıb. Sınqri bu ana qədər bütün müsahibələrdən qaçaraq heç bir sualı cavablandırmayıb.

Sinqapurdakı konsertindən sonra Sınqrinin iki fərqli yerdə : Osaka və Cakartada konseri baş tutacaq. Medya işciləri Sınqrinin daha çox “havalimanı qaçışı” edəcəyini bildirirlər.

Məqalənin altına netizenlər müğənnini tənqid edən rəylər yazıb. Ən çox bəyəni alan bəzi rəylər:

İstintaqa qatılın və düzgün cəza alın. YGnin ən böyük ikinci hissə səhmdarı olan ‘Naver’ə güvənərək ayaqda qalmağa çalışmayın.”

”Burning Sun kimi necə yeridiyinə baxın”

”Günah işləyib. Yəni o, nə etdiyinin fərqində olduğu üçün etmir?”

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova