//“Big Issue” serialının yeni fraqmentləri yayımlandı

“Big Issue” serialının yeni fraqmentləri yayımlandı

Baş rolları Cu Cin Mo və Han Ye Sılın bölüşdüyü “Big Issue” serialının iki yeni fraqmenti yayımlandı.

Serial, paparazzi mediasının çılğın dünyası haqqındadır. Bir fotoya görə bir adam, işini və ailəsni itirir. Cu Cin Mo serialda görkəmli bir foto müxbiri olan Han Sok Cu obrazını canlandırır. Han Ye Sıl serialda bir paparazzi media orqanının baş redaktoru olan Ci Su Hyon obrazını canlandırır.

Serialın rejissor kreslosunda “God’s Gift – 14 Days” serialının rejissoru İ Donq Hun oturur. Serialın senaristliyini “Reset”, “Yongpal” və “The K2” seriallarını qələmə alan Canq Hyok Rin edir.

Serialın ilk bölümü, martın 6-sı yayımlanması planlaşdırılır.

TAGS:
Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan