//“Big Issue” serialının ilk afişası yayımlandı

“Big Issue” serialının ilk afişası yayımlandı

Baş rolları Cu Cin Mo və Han Ye Sılın bölüşdüyü “Big Issue” serialının iki xarakter afişası yayımlandı.

Serial, paparazzi mediasının çılğın dünyası haqqındadır. Bir fotoya görə bir adam, (Cu Cin Mo) işi və ailəsi də daxil olmaqla hər şeyini itirir.

Cu Cin Mo serialda görkəmli bir foto müxbiri olan Han Sok Cu obrazını canlandırır. Ancaq bir foto üzündən həm işini, həm evini, həm də ailəsini itirir və spirtli içkilərə qurşanır. Bir gün Ci Su Hyon (Han Ye Sıl) ilə tanış olur və təkrar paparazzi olma şansı əldə edir.

Han Ye Sıl serialda bir paparazzi media quruluşunun baş redaktoru olan Ci Su Hyon xarakterini canlandırır. Bir zamanlar, həqiqətlərin ardınca qaçan bir müxbir olmaq xəyalı qurdu, ancaq bu xəyalından əl çəkdi və ‘Sunday Tongshin’ adlı dediqodu qəzetinə baş redaktorluq etməyə başladı. O, məşhurların skandallarını ortaya çıxarmaq üçün şəxsi əlaqələrindən istifadə edir və bunu edərkən olduqca soyuq və ürəksiz davranır.

Serialın rejissor kreslosunda “God’s Gift – 14 Days” serialının rejissoru Li Donq Hun oturur. Serialın senaristliyini “Reset”, “Yongpal” və “The K2” seriallarını qələmə alan Canq Hyok Rin edir.

Serialın ilk bölümünün 6 martda yayımlanması planlaşdırılır.