//“Big Issue” serialının fraqmenti yayımlandı

“Big Issue” serialının fraqmenti yayımlandı

Baş rolunu Cu Cin Mo və Han Ye Sılın bölüşdüyü “Big Issue” serialının fraqmenti yayımlandı.

Serial, paparazzi mediasının çılğın dünyasından bəhs edir. Bir fotoya görə bir adam (Cu Cin Mo) işini və ailəsi itirir. Cu Cin Mo serialda görkəmli bir foto müxbiri olan Han Sok Cu obrazını canlandırır.

Serialın rejissor kreslosunda “God’s Gift – 14 Days” serialının rejissoru Li Donq Hun oturur. Serialın ssenaristliyini “Reset”, “Yongpal” və “The K2” seriallarını qələmə alan Canq Hyok Rin edir.

Serial, martın 6-sı yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan