Bütün şirkəti əhatə edən “BigHit Labels” adının “HYBE”, BTS və TXT-dən məsul “BigHit Entertainment” adının isə “BigHit Music” olaraq dəyişdiriləcəyini açıqladı.
19 Martda şirkət Big Hit Labels YouTube kanalı vasitəsi ilə yeni marka yəqdimatını etdi.
HYBE 3 fərqli sahədən ibarətdir
– İçərisində olduğu əyləncə şirkətlərinin əsas markası olan “HYBE Labels” (Big Hit Music, Belift Labs, Source Music, KOZ Entertaonment, HYBE Labels Japan)
– Müxtəlif məzmunun istehsal olunduğu və marketinqin planlaşdırıldığı “HYBE Solutions”
– İcma tətbiqetmələri ilə ‘HYBE Platformaları”
Ad dəyişikliyi ilə yanaşı, şirkətin Yongsan-dakı yeni binasının bir ön görünüşü göstərildi. Binada, HYBE daxilindəki bütün şirkətlərə aid çəkiliş, rəqs və istehsalat studiyaları fəaliyyət göstərəcəkdir.
HYBE Bina Mərtəbə Planı
1-ci mərtəbə: Lobbi
2-6. Mərtəbə: İstehsalat obyektləri (hər şirkət üçün rəqs, çəkiliş və istehsal studiyaları)
7-ci mərtəbə: Anbar
8-16. Mərtəbə: Kitabxana və idman salonu
19. Mərtəbə: Forum
– İş sahəsi və iclas otağı olaraq istifadə ediləcək bir sahə
– HYBE Fritz Café (Fritz ilə əməkdaşlıq nəticəsində açıldı)
– “Comb” adı verilən açıq yer
Üst mərtəbələrdə işçilər üçün istirahət yerləri olacaqdır.
- Dispatch Kim Jung Hyun və Seo Ji Hye-nin 1 ildir sevgili olduqlarını açıqladı. - 08 Aprel 2021
- HYBE və yenilikləri - 02 Aprel 2021
- Kim Nam Gil Kim Seokjin-i aktyor kimi görmək istədiyini söyləyir - 25 Mart 2021