//Big Hit Entertainment və medya oyunu

Big Hit Entertainment və medya oyunu

İlk öncə bildirmək istəyirəm ki, bu xəbər mübahisə, fan davaları yaratmaq , yaxud böhtan xarakterli yazılmayıb. Məqalə Allkpop saytından hərfi olaraq tərcümə edilmişdir. Məqalə aşağıdakı kimidir:

Bu günlərin trend qrupu BTS-dir. Hər yerdə BTS pərəstişkarlarını görmək də mümkündür. Pərəstişkarlar bir neçə dəqiqə ərzində BTS-i müdafiə edib , iddiaları basdırdığı üçün onlarla bağlı bir çox xəbəri görmürük. Big Hit və pərəstişkarlar medya ilə oynamır? Onlar da təbii ki, bunu edir. Big Hit kiçik bir şirkət deyil. Bəs niyə pərəstişkarlar elə davranmır?

Albom satışları, konsertlər və s. haqqında danışa bilərəm, amma son xəbərlərə diqqət yetirək.
Budur, BTS-in iqtisadi effekti ilə bağlı məqalələr:

04.07.2018

Başlıqda deyilir: “Cənubi Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin başçısı, BTS-in iqtisadiyyata təxminən 1 milyard dollara yaxın təsir etdiyini söylədi.”
Bununla birlikdə, məzmun fərqli deyir: Cənubi Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin rəhbəri Conq Hvan (Jong Hwan): “Psy aktiv olduğu zaman iqtisadi təsir təxminən 1 trilyon von (~ 896M $) təşkil etdi. BTS-ində asanlıqla 1 trilyon von olacağını təxmin edirəm. ‘Winter Sonata’ serialı ilə Be Yonq Cun (Bae Yong Joon), təxminən 3 trilyon von iqtisadi dəyər yarasıb. Ancaq BTS 1-ci sırada olarkən (Billboardda) millət heç bir şey etməyib.”

Belə ki, Mədəniyyət, idman və turizm nazirliyinin rəhbəri 2018-ci ilin İyul ayında BTS-in iqtisadi effektinin 1 trilyon vonu ötəcəyini bildirmişdi və bunu PSY-nin Billboard qrafiklərindəki müvəffəqiyyəti ilə əlaqələndirdi, çünki BTS də Billboard qrafiklərində uğur qazandı.
Gördüyünüz kimi, BTS-in iqtisadi effekti 2018-ci ilin iyul ayına qədər 1 trilyon von deyildi.

18.12.2018

Məqalədə BTS-in 2018-ci ildə ölkəyə illik ortalama 796,000 turist gətirdiyi, 2017-ci ildə ümumi 10.4 milyon nəfərin 7.6 faizinin gəlməsinə səbəb olduğu bildirilir. Həmçinin, 10 il ərzində bu sayın 56 trilyon olacağı deyilir.

Sual:
1. BTS 2017-ci ilin əvvəlindən bəri ən yaxşı trend qrupudur. 2017 və 2018-ci illərdə 1 trilyon vona çata bilmədilər, 10 ili tamamladıqları zaman 56 trilyon vona çatacağı necə gözlənilir? Sonrakı 2020-2023 necə keçəcək? Trendlər dəyişməyə davam edir. TVXQ, SUPER JUNIOR, BIGBANG, EXO. Bunlar 2007-ci ildən 2017-ci ilədək ən yaxşı trend qrupları idi və hamısı bir neçə ildir zirvələrini tutmuşdular, BTS-nin 2023-cü ilə qədər necə ardıcıl böyüməsi gözlənilir?
2. BTS-in 10 illik sənayesi Niyə Qış Olimpiadaları ilə müqayisə olunur?
3. Niyə hər şey “gözlənilən”, “təxmin” və ya “proqnozlaşdırılır” olaraq hesab olunur?

Bildiyiniz kimi Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı 2018-ci ilin turizm hesabatını açıqladı. İndi Cənubi Koreyanın turizmindəki dəyişikliyə baxaq.

Cənubi Koreya 32 milyard dollar gəlir əldə etdi. 2017 ilə müqayisədə cəmi 1% artım olub və bu böyümə Pyeongchang Qış Olimpiya Oyunları ilə əlaqələndirilir.
Bunlar Cənubi Koreyaya gələn beynəlxalq ziyarətçilərin sayıdır.

Hər ölkədə olduğu kimi, Cənubi Koreyada da turist sayı ilbəil artır. 2017-ci illə müqayisədə Cənubi Koreyaya 2.3 milyon daha çox turist ziyarət etdi, lakin bəzi tədqiqat institutları və məqalələr iddia etdiyi kimi buna BTS-in təsiri varmı? Cənubi Koreyaya 2016-cı ildə 1.9 milyon turist ziyarət edib.
İndi Cənubi Koreya ziyarətçilərinin 2018-ci ildə 2017-ci ilə nisbətən 2.3 milyon artımının əsl səbəbini görək:

Cənubi Koreyaya gələn əcnəbilərin sayı, 2017-ci ildə Çin turistlərinin ziyarətlərindən sonra baza təsiri səbəbindən bir il əvvəlkinə müqayisədə 15 faiz artdı.

Çinli turistlərin sayı 14.9 faiz artaraq 4.78 milyona çatdı ki, bu da ümumi sayın 31.2 faizini təşkil etdi. Bu da əvvəlki ilə nisbətən 14.9 faiz böyümə deməkdir.

2017-ci ilin mart ayında Çin Seulun ABŞ-ın raket əleyhinə sisteminin yerləşdirilməsinə görə qisas almaq üçün Cənubi Koreyaya qrup turlarını qadağan etdi. Sonradan qadağa qismən qaldırıldı.

Belə ki, 2017-ci ildə turist sayının -22.7% azalmasına səbəb THAAD zamanı Çinin Cənubi Koreyaya turizmə qadağası və 2018-ci ildə artımın səbəbi qadağanın qaldırılması oldu. Nəticə etibarilə Pyeongchang Qış Olimpiya Oyunlarına çox sayda turist gətirilsə və Çin qadağanı ləğv etsə də, Cənubi Koreya 2016-cı ildəki kimi çox sayda turist cəlb edə bilmədi.
Bəs, niyə biz həmişə Koreyanın BTS sayəsində böyüdüyünü ifadə edən məqalələri oxuyuruq? BTS səbəbiylə Cənubi Koreyanı ziyarət edən 13 turistdən 1-i turistlərin sayını 7,6% artırdı?

Mənbə : Allkpop, Koreantimes.co.kr

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova