//Big Hit Entertainment Fransız fotoqrafın ittihamlarına cavab verdi

Big Hit Entertainment Fransız fotoqrafın ittihamlarına cavab verdi

Big Hit Entertainment, Fransız fotoqraf Bernard Fauconun ittihamlarına rəsmi cavab verdi.

25 fevralda Big Hit : “Bu gün hesabatları yoxladıq və keçən sentyabr ayında qalereya tərəfindən qaldırılan ittihamlar etibarsızdır.” –deyə, bildirib.

Bir medya quruluşu daha öncə BTS-in Bernard Faucon ilə bağlı ittihamlarla mübarizə apardığını bildirdi. Medyanın dediyinə görə 2016-ci ildə yayımlanan “The Most Beautiful Moment in Life” şəkil albomundan bir neçə şəkilin BTS-in “Blood Sweet & Tears” klipindəki arxa planla oxşar olduğunu və kopyalandığını bildirdi. Fauconun “The Banquet” adlı işidə daxil olmaqla 1978 seriyasının  “Summer Camp” adlı proyekti, mankenlər, arxa plan şəkilləri, paltarlar hamısının kopya olduğunu bildirildi. Həmçinin, albomda 1997-ci ildən  2003-cü ilə qədər 25 ölkədə yayımlanan “ The Most Beautiful Day of My Youth”dan ilham alınıb.

2018-ci ilin avqust və sentyabr aylarında Bernard Faucon , Big Hite iki bildiriş göndərərək üzr və təzminat tələb edib. Big Hit ittihamı rədd edərək , albomdakı şəkillərin və kliplərin eyni olmadığını, Fauconun ittihamlarının əksər filmlərin səhnəsi olduğunu və tez-tez film və kliplərdə işləndiyini bildirib.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova