//Big Hit Entertainment agentliyi, TXT qrupunun fan-klub adı ilə bağlı açıqlama verdi

Big Hit Entertainment agentliyi, TXT qrupunun fan-klub adı ilə bağlı açıqlama verdi

 

May ayının 6-da, TXT qrupunun agentliyi Big Hit Entertainment, aprel ayının 25-i tarixində sözü gedən qrupun fan-klub adı ilə bağlı yaranan söz-söhbətə açıqlama verdi. Verilən açılqlamada belə deyilir “Hamını salamalyırıq! Bu xəbəri yazan TXT qrupunun rəsmi menenceridir. Aprel ayının 25-də TXT qrupunun fan-klub adını “YOUNG ONE” deyə elan olunmasından sonra məlum oldu ki, bu adda artıq başqa bir pərəstişkar birliyi var. Etiraf edirik ki, adı elan etməmişdən əvvəl ad haqqında dəqiq araşdırma, başqa bir fan klubun olub olmadığı haqqında heç bir məlumatı dəqiqləşdirməmişdik. Buna görə bütün pərəstişkarlardan üzr istəyirik. Hal-hazırda fan-klubun rəsmi adı haqqında yenidən düşünürük. Adı elan etməmişdən əvvəl hər bir pərəstişkarın fikrini diqqətlə nəzərə alacayıq və daha diqqətli araşdırma aparacayıq. Xahiş edirəm bizi izləyin və yeniliklərdən xəbərdar olun. Çox sağolun”.

Qeyd edək ki, “YOUNG ONE” adı ilə bağlı qalmaqal haqqında buradan oxuya bilərsiniz.

TAGS: