//Big Bang üzvü olan Sınqri narkotik alveriylə bağlı ittihamlara cavab verdi

Big Bang üzvü olan Sınqri narkotik alveriylə bağlı ittihamlara cavab verdi

Big Bang qrupunun üzvü Sınqri, narkotik alveri ilə əlaqəli olan ittihamlara cavab verdi.

Sınqrinin ötən günlərdə “Burning Sun” klubunda Çinli vətəndaşlara narkotik paylamaqla ittiham olunan Ena adlı Çin vətəndaşı ilə bərabər narkotik alveri ilə məşğul olduğu iddia edildi. Big Bang üzvü Ena ilə fotoşəkil çəkdirib və problem də ele oradan başlayıb. Sınqri açıqlamasında “Mən klubda idim və o yaxınlaşıb mənimlə şəkil çəkdirmək istədiyini dedi, mən şəkli nə zaman çəkdirdiyimi və heç onun kim olduğunu belə xatırlamıram” dedi. O, sözlərinə davam edərək “Sosial mediada, internetdə mən və fanlarımın şəkillərini görə bilərsiniz. Klubda olanda bir çox insan yaxınlaşaraq mənimlə şəkil çəkdirmək istədiyini deyir və mən heç tərəddüd etmədən onlarla şəkil çəkdirirəm”.

Ena daha əvvəl, 2018-ci ilin oktyabrında Instagramda fotoşəkilləri paylaşarkən bu sözləri yazıb: “Əgər klub başçısı Sınqri ilə şəkil çəkdirmək istəyirsənsə çox çalışmalısan. Bu həftə sərxoş oldum və çox çalışdım. Ena 13 fevralda narkotik alveriylə bağlı araşdırılacaq. Bununla yanaşı o, 24 noyabr KST-də cənab Kim tərəfindən cinsi təcavüz üçün polis hesabatı verən iki qadından biridir.”

 

Redaktə: Gülər Nursu

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan