//“Beautiful World” serialının fraqmenti nümayiş olundu

“Beautiful World” serialının fraqmenti nümayiş olundu

Baş heyətində, Park Hi Son, Ço Ca Hyon, Oh Man Sok, Ço Yo Conq, Nam Da Rum və Kim Hvan Hi-nin iştirak etdiyi “Beautiful World” serialının yeni bir fraqmenti nümayiş olundu.

Serial, iki fərqli ailənin həyatından bəhs edir. Park Mo Cin (Park Hi Son) və Kanq In Ha (Ço Ca Hyon) cütlüyünün oğlu (Nam Da Rum) məktəbdəki zorakılıqdan ağır bir şəkildə yaralanır və xəstaxanaya götürülür. Bunun üzərinə, Park Mo Cin və Kanq In Ha cütlüyü, məktəbdə baş verən bu zorakılığı ortaya çıxarmağa çalışır. Zəngin olan Oh Cin Pyo (Oh Man Sok) və So In Co (Ço Yo Conq) cütlüyünün oğlu (So Donq Hyon) məktəbdə başını bir bəlaya soxar. Bunun üzərinə, Oh Cin Pyo və So In Co cütlüyü, bu hadisəni gizlətməyə çalışır.

Serialın rejissoru Park Çan Honq-dur. Ssenaristi Kim Ci Vo-dur. Rejissor Park Çan Honq və Ssenarist Kim Ci Vo, daha əvvəl “Memory” və “Shark” kimi bir çox serialda bərabər çalışmışlar..

İlk seriyası 5 aprel tarixində nümayiş olunacaq.