//Banq Yonqquk-un məhdud sayda satışa buraxılan dəftər albomu fanatları şoka saldı

Banq Yonqquk-un məhdud sayda satışa buraxılan dəftər albomu fanatları şoka saldı

Bang Yongguk-un 15 Martda nümayiş olunan “BANGYONGGUK” albomu ertəsi gün məhdud sayda satışa buraxıldı.

Albomu alan fanatlar şoka düşdülər, çünki albom digərlərindən çox fərqli idi. Bu dəftər sənətçinin albomu hazırlayarkən etdiyi qaralamalarını, mahnı sözlərini ehtiva edən albomun ortaya çıxış müddətindən bəhs edir. Yonqquk daha əvvəl bir müsahibəsində albomdakı mahnıların gündəliyə yazdıqlarından ibarət olduğunu və mahnıların onun həyatından bəhs etdiyi söyləmişdi. Satışa buraxılan albom da mahnılar kimi albomun ortaya çıxış hekayəsindən bəhs edir.

Bu, Yonqqukun məhdud sayda olan albomun bir səhifəsidir.

Məhdud sayda albomla aşağıdakı videonu izləyərək tanış ola bilərsiniz.