//B.I IKON-dan ayrılacağını açıqladı

B.I IKON-dan ayrılacağını açıqladı

Dispatch-ın IKON-dan B.I haqqında narkotik satın alması ilə bağlı yayımladığı məqalədən sonra B.I instagram vasitəsi ilə açıqlama verərək qrupdan çıxma planını açıqlayıb.

Rəsmi açıqlama aşağıdakı kimidir:

Bu Kim Han Bindir.

İlk öncə son dərəcə uyğunsuz hərəkətlərimdən və yaratdığım problemlərə görə səmimiyyətimlə üzr istəyirəm. 

Çətin və acılı bir zaman keçirtdiyim üçün maraqlanmamalı olduğum bir şeyə güvənmək istədiyim doğrudur. Ancaq bunu edə bilməyəcək qədər çox qorxdum.

Yenə də səhv sözlərim və hərəkətlərim səbəbi ilə məyus olmuş və yaralanmış bütün pərəstişkarlarımdan utanaraq üzr istəyirəm.

Səhvlərim barədə öz-özlüyümdə düşünmək və qrupdan ayrılmaq niyyətindəyəm.

Təkrarən başımı əyərək pərəstişkarlarımdan və qrup üzvlərimdən üzr istəyirəm. Bağışlayın.”

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova