B.I.G qrupu ərəblərin The5 qrupunun “La Bezzaf” mahnısını cover ederek diqqətləri üzərlərinə çəkdi.
KBS World Radio proqramında “Arabic STAR Interview” adlı müsahibədə B.I.G qrupu ərəb dilində canlı ifa səsləndirdi. Proqramın aparıcısı: “Koreyalı bir sənətçi ilk dəfədir ki Ərəb dilində mahnı oxuyur.” – deyə bildirdi.
B.I.G rəsmi YouTube hesabında coveri yayımladı və həmin ifa 1 milyon dəfə izləndi. Qrupun ərəb pərəstişkarları rəylərdə böyük sevgi və dəstəklərini göstərdi.
The5 üzvləri B.I.G-nin möhtəşəm performansını izlədiklərində təəccübləndiklərini bildirdilər. Sosyal şəbəkə vasitəsilə The5 : “ B.I.G-nin coveri möhtəşəmdir. K-pop qrupunun mahnımızı ifa etməsi , qucaqlaması bizim üçün qürurdur” – deyə söylədilər.
B.I.G – La Bezzaf
The5 – La Bezzaf
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021