//B.A.P qrupunun dağıldığı acıqlandı

B.A.P qrupunun dağıldığı acıqlandı

B.A.P-nin qalan dörd üzvü də TS Entertainment ilə sazişi yeniləməmək qərarı aldı.

18 fevralda xəbər, B.A.P-nin rəsmi fanat kafesinden, “B.A.P-nin gələcəkdəki fəaliyyətləri haqqında rəsmi açıqlama” başlığı ilə yayımlandı. Açıqlama mətni belə idi..

Salam, TS Entertainment olaraq açıqlama edirik.

B.A.P üzvləri Himçan, Dehyun, Younqce və Conqupun TS Entertainment ilə olan sazişlərinin sona çatdığını ictimaiyyətə çatdırmaq istəyirik.

Bu günə qədər B.A.P üzvləri Himçan, Dehyun, Younqce və Conqupa dəstək olan bütün fanatlara təşəkkür edirik.

Təşəkkürlər”.

Bu açıqlama ilə B.A.P-nin altı üzvünün hamısı, müqaviləni yeniləməməyə qərar verdikdən sonra TS Entertainment ilə yollarını ayırıb. Üzvlərin fərqli tarixlərdə başa çatan müqavilələri, onların agentlikdən mərhələli olaraq ayrılmalarına səbəb olub. İlk olaraq, 2018-ci ilin avqust ayında Banq Yonq Quk, dekabr ayında isə Zelo agentlikdən ayrılacağını açıqlamışdı.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan