Hər birimizin öz qorxuları var. Bəzi insanlarda qorxular fobiyaya çevrilir. Bu məqalədə öz qorxularından azad ola bilməyən məşhurların siyahısı göstərilib.
Girls’ Generation-dan Teyon
Keçmişdə Teyon etiraf etmişdi ki, onun kamera qarşısında olmaq qorxusu yaranıb. Kamera önündə çox vaxt keçirməsinə baxmayaraq hələ də özünü narahat hiss edir.
Luhan
EXO-nun keçmiş üzvü olan Luhan yüksəklik qorxusundan əziyyət çəkir. Ondan fobiyalar haqqında soruşanda o, belə dedi: «Mən yüksəklikdən qorxuram. Hətta liftdə gərgin oluram, təyyarəni demirəm hələ. Biz çox uçuruq, buna görə də hər dəfə bu mənim üçün stressdir».
Dasom
Sistar-ın keçmiş üzvü Dasom deyib ki, daima çəki yığmaq qorxusu ilə yaşayır və kökəlməmək üçün hətta bulimiyaya belə əl atıb.
Highlight-dan Donun
Donun dəhşətli dərəcədə həşəratlardan qorxur. Onun qorxusu o qədər güclüdür ki, böcək görən kimi adətən yerindən tullanır. Fərqi yoxdur o, səhnədədir yoxsa pərəstişkarlarına imza paylayır — əgər həşərat görsə edəcəyi ilk iş qaçmaq olacaq.
Solli
Solli uşaq vaxtı az qala batmışdı, ona görə də özünü tanıyandan sudan qorxur. Onun fobiyası o qədər güclü idi ki, gündəlik həyatına da təsir edirdi. 20 yaşına çatanda özü özünə meydan oxudu və sualtı üzgüçülüylə məşğul olmağa başladı. O gündən bəri o, su qorxusunu daha yaxşı idarə etməyə başladı.
Girl’s Day-dən Socin
Socin bişmiş toyuq pəncəsindən çox qorxur. O, hətta o yeməyə baxa da bilmir. «O, heç yeməyə də oxşamır. Hər dəfə bu yeməyi görəndə mənə elə gəlir ki, ayaqlar mənə hücum etmək üçün üstümə uçurlar»
Pak Ci Yun
Şaiyələr gəzirdi ki, 90-cı illərin sonunda Pak Ci Yun Kanta ilə görüşürdü ( hansı ki, o vaxtlar Koreyada ən sevimli idol idi). Bu şaiyələrə görə yuxarı sinif şagirdləri hər gün onu terrorizə etməyə başladılar. Nəticədə onun məktəbli paltarında olan adamlardan qorxusu yarandı.
Girls’ Generation-dan Sanni
Sanni uşaq vaxtı İran körfəzindəki müharibə dövründə bir müddət Kuveytdə vaxt keçirib. O, daima partlayış və atışma səsləri eşitdiyinə görə şok və qorxu içində olurdu. Fişəng səsləri onda uşaqlıqdakı çətin zamanları yada salır və qorxusunu xaricə çıxmağa məcbur edir.
BTS-dən J-hope(Cey hop)
J-hope(Cey hop) ilan ilə fotosessiya etməli olanda özünü qorxudan güclə saxlaya bildi. Onun qışqırığı: «İlanlara nifrət edirəm» pərəstişkarlarının yaddaşına həmişəlik həkk olundu. J-hope(Cey hop) ilanın ən kiçik hərəkətindən belə əsl dəhşət yaşayırdı.
TWICE-dan Momo
Momo demək olar ki, hər şeydən qorxur! Yüksəklikdən ruhlara qədər, hətta yemək sifariş etdikdə belə o həmişə dik atılır, tullanır və qışqırır.
+bonus SHİNee-dən Temin
Qorxulu filmləri sevən və ruhlardan qorxmayan Temin həşəratları görəndə dəli olur. Belə vəziyyətdə onun köməyinə həmişə hyon-ları çatır.
Mənbə: YesAsia.ru
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019