//Azərbaycanlı tələbələr üçün Cənubi Koreyada təhsil

Azərbaycanlı tələbələr üçün Cənubi Koreyada təhsil

Cənubi Koreyada təhsil almaq istəyən tələbələr üçün Koreya Dövlət Təqaüd Proqramı haqqında məlumat və qəbul şərtləri aşağıda göstərilmişdir.

Koreya Dövlət Təqaüd Proqramı bakalavr, magistr, doktorantura və tədqiqat proqramı daxil olmaqla 4 təhsil pilləsi üzrə aparılır.

➖Bakalavr təhsil səviyyəsi: 4 il (1il dil kursu)

➖Magistratura təhsil səviyyəsi: 3 il (1il dil kursu)

➖Doktorantura təhsil səviyyəsi:  4 il (1il dil kursu)

➖Tədqiqat proqramı: 6 ay (1 il dil kursu)

Tələbələr bütün ixtisaslar üzrə təhsil ala bilmə imkanına sahibdir. Lakin, təqaüd proqramları təhsil müddəti 4 ildən artıq olan ixtisaslara aid olunmur (məsələn: tibb, memarlıq və s.).

Koreya universitetlərinə sənəd qəbulu Cənubi Koreyanın Azərbaycandakı səfirliyiqəbul olmaq istədiyiniz universitet tərəfindən olmaqla iki üsulla aparılır.

Əgər siz Cənubi Koreyanın Azərbaycandakı səfirliyi vasitəsi ilə sənəd verirsinizsə, bu zaman sizə 3 universitet yazmaq haqqı verilir. Yox əgər siz  təhsil almaq istədiyiniz universitetə birbaşa müraciət edirsinizsə bu zaman sizə 1 universitet yazmaq haqqı verilir və sizin sənədləriniz həmin universitet tərəfindən yoxlanılır.

Səfirlik və Universitet tərəfindən qəbul şərtləriniz seçilib təsdiqləndikdən sonra sənədləriniz NIIED-yə göndərilir və NIIED-dən keçən sənədlər artıq Koreyadakı universitetlərə təqaüd proqramı üçün göndərilir.

Səfirlik tərəfindən təqaüd proqramına 146 ölkədən 480 nəfər tələbə namizəd olur və Universitet üzrə 4 yer azərbaycanlı tələbələrə verilir.

Birbaşa Universitetlərin özünə təqaüd proqramı üçün müraciət etdikdə isə  77 ölkədən 330  nəfər tələbə namizəd olur. Birbaşa Universitete qəbul zamanı Seul və Koreyanın başqa şəhərlərində yerləşən universitetlərə sənəd qəbulu verilir və ümumilikdə 3 azərbaycanlı tələbə üçün yer ayrılır. (2-si əsas 1-i bölgələr) 

 

➖Tələbənin ÜÖMG balı 80+ olmalıdır.

➖Tələbə mütləq xarici vətəndaş olmalıdır. (Valideynlərdən ata və ya ana koreyalı olmamalıdır)

➖Yaş həddi: bakalavr üçün 25 yaşadək, magistratura, doktorantura və tədqiqat proqramı üçün 40 yaşadək

➖Qarşılanan xərclər: təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərcləri və aylıq təqaüd (magistratura üçün 900.000 Von, doktorantura üçün 1.500.000 Von).

TOPİK, TOEFL, IELTS sertifikatı olanlara üstünlük verilir.

➖Doktorantura təhsil səviyyəsinə sənəd verənlər üçün elmi məqalələr

➖Motivasiya məktubu

TOPİK sertifikatı 5-ci səviyyə olan tələbələr dil kursu keçmədən birbaşa universitetə başlaya bilərlər. 5-ci səviyyə sertifikatı olan tələbələrə aylıq 100.000 Von əlavə aylıq təqaüd verilir.

Sənədlərini göndərmiş tələbələr daha sonra bir neçə mərhələdən keçir və müsahibəyə dəvət olunur. Müsahibə zamanı tələbədən Koreya mədəniyyəti, tarixi, mətbəxi, oxumaq istədiyi ixtisası nə üçün seçdiyi, gələcəkdə Koreya və Azərbaycan arasındakı əlaqələrə nə kimi faydalar verə biləcəyi, hər iki ölkəyə verəcəyi töhfələr haqqında suallar soruşulur. Motivasiya məktubu və müsahibə mərhələləri inamlı olan tələbələr balları aşağı olsa belə seçilə bilirlər. (Kkkkkk)

Səfirlik vasitəsi ilə sənəd qəbulu verən tələbələr müsahibə üçün səfirliyə dəvət olunur. Birbaşa universitetə müraciət edən tələbələrlə müsahibələr isə beynəlxalq zənglər, telefon danışığı və Skype vasitəsi ilə aparılır.

Qəbul olunmuş tələbələrin universitetlərinə NIIED tərəfindən dəvətnamə göndərilir və tələbə vizası vasitəsi ilə tələbələr Koreyada təhsil ala bilirlər.

Qəbul vaxtları: Bakalavr

Sənəd qəbulu sentiyabr, I mərhələ oktyabr-noyabr, II mərhələ(NIIED) yanvar, III mərhələ dekabr, təqaüdü keçən tələbələrin siyahısının açıqlanması yanvar, təqaüdçülərin Koreyaya girişi fevral ayı.

Qəbul vaxtları : Magistratura və doktorantura

Sənəd qəbulu fevral, I mərhələ mart, II mərhələ(NIIED) aprel, III mərhələ may, təqaüdü keçən tələbələrin siyahısının açıqlanması iyun, təqaüdçülərin Koreyaya girişi avqust ayı.


Hazırda Azərbaycan universitetlərində oxuyub bir və ya iki smestrlik Cənubi Koreyada oxumaq istəyən tələbələr üçün Azərbaycan universitetlərinin Koreya ilə əməkdaşlıq etdiyi universitetlər.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Cənubi Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi.

UNEC-də Non-Erasmus mübadilə proqramı vasitəsi ilə Koreyanın Solbridge Beynəlxalq Biznes məktəbində 1 və ya 2 smestr təqaüd ala bilərsiniz.

Non-Erasmus mübadiləsi ilə UNEC-dən Solbridge Biznes Məktəbinə gedən tələbə həmin universitetə heç bir təhsil haqqı ödəmir.

Tələbə yalnız yol və yaşayış xərclərini qarşılayır.

Solbridge tərəfindən yataqxanaya yerləşdirilir.

Yerlər üzrə müsabiqə keçirilmir.

Tələbənin ÜÖMG balı 70-dən yuxarı olmalıdır.

Tələbə koreya dilini bilməli və  I,II ,III kurs tələbəsi olmalıdır.


Azərbaycan Dillər Universiteti HUFS (Hankuk Xarici Dillər Universiteti).

Azərbaycan Dillər Universitetində Koreya dili üzrə təhsil alan tələbələr.

1-ci kursun 1-ci semestri və 1-ci kursun 2-ci semestr nəticələri yüksək olan 2 tələbə ADU tərəfindən HUFS-a 6 aylıq təhsil almaq üçün göndərilir.


Ətraflı məlumat :

http://www.niied.go.kr

http://www.studyinkorea.go.kr

http://www.seoul.mfa.gov.az

http://unec.edu.az

http://adu.edu.az.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova