MTRŞ-nin rəsmi saytının verdiyi xəbərə görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Tonq-Opu qəbul etmişdir. Qonağı salamlayan Şura sədri Azərbaycanda televiziya və radio yayımı, Milli Televiziya və Radio Şurasının yaradılması, onun əsas funksiya və vəzifələri haqqında qonağa geniş məlumat vermişdir.
Səfir Şura sədrinə verdiyi geniş məlumat üçün təşəkkür etmiş və öz növbəsində Koreyada bu sahədə olan vəziyyət barədə, həmçinin yayım tənzimləmə funksiyasını həyata keçirən Koreya Televiziya və Radio Yayım Komitəsi barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı Koreya film və seriallarının Azərbaycanda yayımlanması məsələsi, televiziya və radio yayımı sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Mənbə: ntrc.gov.az
http://www.ntrc.gov.az/az/content/news/645.html
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021