//Avtomobil qəzasında dünyasını dəyişən aktrisanın kimliyi məlum oldu

Avtomobil qəzasında dünyasını dəyişən aktrisanın kimliyi məlum oldu

SBS-nin “News 8” xəbərlərinə görə Han Ci Sonq(Han Ji Seong)-un əri polisə verdiyi açıqlamada avtomobil dayandıqdan sonra otluğa getdiyini və geri döndüyü zaman qəzanın baş verdiyini bildirib.

Polis avtomobilin kamera görüntülərini alıb və aktrisanın ərinin verdiyi ifadənin doğru olduğunu təsdiqləyib. Aktrisanın həyat yoldaşı Han Ci Sonqun niyə 3 zolaqlı yolda 2-ci zolaqda avtomobili saxladığını və daha sonra avtomobildən enərək arxa tərəfə getdiyini bilmədiyini bildirib.

Kamera görüntülərində həyat yoldaşı avtomobildən düşdükdən 10 saniyə sonra aktrisa da  avtomobildən düşüb və avtomobilin arxa tərəfinə yönəlib. Polis görüntülərdə səs olmadığı üçün hadisəni tam aydınlaşdıra bilmədiklərini bildirib.

Han Ci Sonq 2010-cu ildə B.Dolls qız qrupu ilə debut etmiş və daha sonra müxtəlis seriallarda rol almışdı.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova