ASTRO-dan Ça In Vunun yeni serialı bəlli oldu.
Martın 4-ü, həm idol həm aktyor olan Ça In Vunun agentliyi, Fantagio Entertainment tərəfindən aparılan açıqlamaya görə Ça In Vu, MBC-nin tezliklə yayımlanacaq olan yeni serialı “Rookie Historian Goo Hae Ryung” da rol alacağı rəsmən təsdiq olundu.
“Rookie Historian Goo Hae Ryung” 19-ci əsrdə, tarixi qeydlər tutan qadınların narazılıqlar ilə qarşılanmasından bəhs edir. Serial, cəmiyyətdəki dəyişikliyi, cinsi ayrı-seçkilik, sosial status və yanlış inanclı insanları göstərəcək. Şin Se Kyunqun serialda baş rol qadın olaraq rol oynayacağı təsdiq edilmişdi.
Ça In Vu serialda şahzadə Yi Rim rolunu canlandıracaq. Taxtın ikinci varisidir. Şahzadənin daha əvvəl sevgilisi olmayıb. Ancaq şahzadənin hamıdan gizlətdiyi bir sirr var. Hanyanq şəhərində məşhur bir romantizm roman yazıçısıdır. Daha sonra o, tarixçi Qu He Ryunq (Şin Se Kyunq) ilə tanış olur. Və aşiq olduqdan sonra, saraydan başqa dünyanı da öyrənir.
“Rookie Historian Goo Hae Ryung” serialı, 2019-cu ilin iyul ayında yayımlanacaq.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020