//“Angel’s Last Mission: Love” serialının yeni bir fraqmenti yayımlandı

“Angel’s Last Mission: Love” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində INFINITE qrupundan L, Şin Hye (Shin Hye) və İ Donq Qunun (Lee Dong-Gun) olduğu “Angels Last Mission: Love” serialının dördüncü fraqmenti yayımlandı.

Serial, bir mələk ilə bir insanın arasındakı məhəbbət hekayəsindən bəhs edir. Dan, cənnətdən qovulmuş bir mələkdir. Bir gün, Dana bir vəzifə verilir. Vəzifə, Yon So adlı bir qadının həqiqi eşqi tapmasını təmin etməkdir. Əgər bu vəzifəni yerinə yetirərsə, cənnətə geri qayıda bilər. Ancaq, zaman keçdikcə Yon Soya özü aşıq olur.

Serialın rejissor kreslosunda “Bread, Lav and Dreams”, “Glory Ceyn”, “Healer”, “My Lawyer, Mr.Jo “və” Queen For Seven Days” seriallarının rejissoru İ Conq Sob oturur. Serialın ssenaristliini “Lucky Romance” serialını qələmə alan Çoi Yun Kyo edir.

Serialının ilk bölümü 22 mayda yayımlanacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan