//ANDA karyerasındakı olub keçən çətinliklərdən və BLACKPİNK sevgisindən danışdı

ANDA karyerasındakı olub keçən çətinliklərdən və BLACKPİNK sevgisindən danışdı

ANDA və onun prodyüseri R.Ti  “YGX x The Black Label ” ilə əməkdaşlıq görüşündə bütün jurnalistlərə qeyri rəsmi müsahibə verib. Öz müsahibəsində ANDA həyəcanını jurnalistlərlə bölüşərək bele deyib “YGX komandasına qoşulduqdan sonra geri dönüş mahnımı hazırlamağı həyəcanla gözləyirəm. BLACKPİNK qrupunun pərəstişkarı olduğum üçün onaların prodyüseri ilə işləmək mənim üçün xoşbəxtlikdir. R.Ti-nin mahnılarında özünəməxsus şəkildə qeyri-adilik var. Qəribə səslənsə də bu qeyri adilik mənə həyəcan verir.

R.Ti isə öz müsahibəsində qeyd edib ki ANDA ilə işləməyi o özü mügənniyə təklif edib. Belə ki, ANDAN-nın qeyri adiliyi onun diqqətini özünə çəkə bilib. O deyib ki “Mən eşitmişəm ki, ANDA mənim qeyri-adiliyimi qeyd edib amma nəzərinizə çatdırıram ki, o özü məndən də qeyri adidi. “

Bununla yanaşı ANDA öz karyerasından danışaraq belə deyib “ Mən 8 il bundan əvvəlki çıxışımdan bəri fasiləsiz olaraq öz üzərimdə daim işləmişəm. Bir çox şirkətlərlə uğursuz əməkdaşlıqlar mənə çox çətinliklər yaşadıb. Hətda müğənilik karyeramdan imtina etmək dərəcəsinə gəlib çatmışam. Amma mənim bəxtim gətirdi. Mənə YGX-nın rəqs komandasına qoşulamaq müyəssər oldu. Bununla mən şans qazandım. Düşünürəm ki, bu sadəcə qismətdi.”  Mügənni öz müsahibəsində köhnə şaiələr ilə deyil məhz öz mahnısı ilə məşhur olmaq, gündəmdə qalmaq istədiyinidə etiraf edib.

 

Hansamo ailəsi olaraq biz sənə uğurlar arzulayırıq.

TAGS: