//An Hyo Sopun (Ahn Hyo-Seopun) “Abyss” serialına Park Bo Yonq (Park Bo-Yong) ilə çəkiləcəyi dəqiqləşdi

An Hyo Sopun (Ahn Hyo-Seopun) “Abyss” serialına Park Bo Yonq (Park Bo-Yong) ilə çəkiləcəyi dəqiqləşdi

An Hyo Sop tvN-nin “Abyss” adlı yeni serialında kişi baş rol obrazını canlandıracaq.

11 fevralda “Abyss” serialının prodüserləri, An Hyo Sopunda serialda rol oynayacağını təsdiqlədi.

Serial, sirli bir çörək sayəsində ruhlarının gözəlliklərinə görə xarici görünüşləri dəyişən iki insanın ətrafında baş verir. Se-Yon (Park Bo Younq) və Ça Min (An Hyo Sop) baş verən bir qəza nəticəsində həyatlarını itirirlər. İkisi də “Abyss” adlı sirli çörəyin sayəsində yenidən həyata qayıdırlar. Ancaq Se Yon, gözəl bir görünüşə sahibkən çirkinləşir, Ça Min, heç cəlbedici biri deyilkən olduqca yaraşıqlı biri olur.

An Hyo Sop serialda Koreyanın ən böyük kosmetika firmasının varisi olan Ça Min obrazını canlandırır. Ağıllı olduğu qədər təvazökar və yaxşı qəlbə sahibdir. Ancaq cəlbedici və yaraşıqlı bir görünüşə sahib olmadığını düşünür. Ölüb təkrar dirildikdən sonra bir hüquq firmasında menecer kimi işləməyə başlayır.

Ötən il aktyor Park Bo Younqun serialda qadın baş rol xarakteri canlandıracağı təsdiqlənmişdi.

Park Bo Younq serialda uğurlu bir prokuror olan Ko Se Yon obrazını canlandırır. Mükemmeliyetçi və sərt biridir. Ölüb təkrar dirildikdən sonra bir hüquq firmasında vəkil kimi işləməyə başlayır.

Serialın senaristliyini “Rude Miss Young-Ae” seriyasının 9-ci və 10-ci fəsillərini qələmə alan Mun Su Yun (Moon Soo Yun) edir.

Serialın ilk bölümünün bu ilin birinci yarısında nümayiş etdirilməsi planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan