Mart ayının 25-də KİV-nə verilən məlumata görə OCN kanalı aktyor Yun Kyun Sanqa (Yoon Kyun Sang) kanalın yeni serialında baş rol oynamaq təklifi edib. Aktyorun agentliyi “Popeye Entertainment”dən verilən məlumatda belə deyilir “Bu həqiqətdir. O, hal-hazırda təklif haqqında düşünür. Amma hələ son qərar verilməyib.”
Serial inanılmaz uğurlu vəkildən bəhs edir. Belə ki, bircə işi ilə uğurun pik nöqtəsinə çatıb, böyük şöhrətə qazanan həmin vəkil, müqavilə üzrə məktəbdə müəllim vəzifəsinə təyin edilir. Burada o, yeniyetmə şagirdlərin qarşılaşdığı problemlərlə üz-üzə qalır. Şəxsi mənafeyi məqsədi ilə işə düzələn vəkil, sonradan öz niyyətini dəyişərək məktəbdə baş verən cinayətləri araşdırmaq, günahsız yeniyetmələri müdafiə etmək qərarına gəlir. Serial yeniyetmələrin üzləşdiyi həqiqi problemlərdən bəhs edəcək. Burada biz günahkarların necə gizlədildiyini, qurbanların necə müdafiə olduğunu görəcəyik. Serialın iyul ayında ekranlara verilməsi təxmin edilir.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020