//Aktyor Sonq Cun(Sung Joon)-un evli və uşağı olduğu açıqlandı

Aktyor Sonq Cun(Sung Joon)-un evli və uşağı olduğu açıqlandı

Sonq Cun bu yaxınlarda məşhur olmayan həyat yoldaşı və uşağı olduğunu açıqlayaraq, şəxsi həyatı haqqında danışdı.

Fevralın 3-də Sonq Cunun şirkəti ON Entertainment rəsmi yazı yayımladı.

“Dekabr 2018-də hərbi xidmətə başlayan Sonq Cun haqqında xəbərimiz var. Çağırışdan əvvəl Sonq Cun evlənməyi planlaşdırdığı biri ilə münasibətdə idi. Hərbi xidmətə qəbul edilməzdən öncə cütlük qanuni olaraq evlənmək qərarına gəldi. Sonq Cun evləndikdən dərhal sonra hərbi xidmətə başladığı üçün bu evlilik sadəcə kağız üstündə tanındı. Aktyor həyat yoldaşı və uşağının məsuliyyətini almaq istədiyi üçün hərbi təyinatını dəyişmək istədi və hərbi xidmətinin qalan müddətində ehtiyyat heyət olaraq həyata keçirəcək.”

Həmçinin, məşhur öz yazdığı məktubu da pərəstişkarları ilə bölüşərək, onlardan dəstək istədi.

“Salam. Bu aktyor Sonq Cundur. Uzun müddətdən sonra ilk dəfə sizi salamlayıram.

Mən həmişə özümü sözlərlə ifadə etməkdə aciz idim və yazmağa başlamamışdan əvvəl şəxsi hekayəmi necə ifadə edə biləcəyimi düşündüm.

Təxminən bir ildir ki, Koreya ordusunda xidmət edirəm. Bu müddətdə həyatımda böyük dəyişikliklər oldu və xoşbəxt hadisələr baş verdi. Sevdiyim və ömrümün qalan hissəsini birlikdə keçirmək istədiyim birini tapdım. Bir körpəmiz olacağını eşitdikdə məmnuniyyətlə qəbul edib, toyumuzu planlaşdırırdıq.

Çox xoşbəxt idik və bir nemətimiz var idi. Ancaq bir müddət sonra hərbi xidmət üçün qeydiyyatdan keçdim və həyatımdakı iki qiymətli insanı qorumaq istədim. Beləliklə, mümkün qədər tez evlənmək üçün məhkəmə işlərində iştirak etdik və çox insana eşitdirə biləcəyimiz bir toy keçirə bilmədik. Düşündüm ki, hərbi xidmətə başlamadan öncə edə biləcəyim ən yaxşı şey budur.

Bir il keçdi və mənsiz hər şeyi öz-özünə etməli olan həyat yoldaşım üçün narahatlıq hissi keçirdim. Buna görə də təyinat dəyişikliyi istədim və əsgərliyimin qalan hissəsini tam müddətli ehtiyyat heyətdə çəkməyə başladım.

Hələ çatışmayan ailəmin yeni başçısı olaraq, onları qorumaq üçün ailəmlə yaxın olmaq istədim və bu fürsətdən istifadə edərək şəxsi hekayəmi vicdanla sizinlə bölüşmək istədim, baxmayaraq ki, bir az gecikmişəm. Xoşbəxt və xoş xəbər olsa da, dərhal sizə xəbər verə bilməməyimə görə təəssüf edirəm. Hekayəmi və yaxşı ailənin başçısı olmaq istəyimi başa düşə bilsəydiniz çox xoşbəxt olardım.

Hərbi xidmətimin qalan hissəsini səylə həyata keçirəcəyəm, sonra da bir ailənin başçısı olan daha güclü və daha yetkin bir insan kimi aktyor Sonq Cun olaraq sizə qayıdacağam.

2020-nin yeni başlanğıcı ilə mən də dəyişiklikləri gözləyirəm və çox çalışıram. Həmişə olduğu kimi təşəkkür edirəm.”

TAGS:
Elmina Səfərova