Huayi Tencent Entertainment agentliyi tərəfindən dəstəklənən “Lightning Ship” adlı yeni filmin baş rol qəhrəmanları müəyyənləşdi. Merry Christmas şirkətinin verdiyi məlumatda Huayi Tencent Entertainment şirkətinin bu filmə 5 milyard von ($4.2 milyon) sərmayə qoyduğu deyilir. “Lightning Ship” adlı filmin rejissorluğunu Co Sonq Hi (Jo Seong-hee) edəcək. Filmin elmi, fantastik janrda çəkilməsi planlaşdırılır. Merry Christmas şirkəti verdiyi müsahibədə belə deyir: “Huayi Tencent Entertainment şirkəti bütün asiyanın öndə gedən filmlərinin investoru kimi məşhurdur. “Lightning Ship” filminə sərmayə qoymaqla filmin bütün asiyada və digər ölkələrdə daha maraqla izlənməsinə imkan yaratdı”. Huayi Tencent şirkətinin direktoru filmlə bağlı yayılan xəbərlərə açıqlama verərək belə deyir: “Biz istedadlı rejissor Co Sonq Hinin (Jo Seong-hee) peşəkarlığına inanırıq. Filmin süjet xəttinin maraqlı olması və məşhur aktyorların seçilməsi bizi bu filmə sərmayə qoymaq qərarına gətirdi”. Qeyd edək ki, filmin çəkilişləri iyul ayına, yayımlanması isə 2020-ci ilə planlaşdırılır.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020