May ayının 28-də Palace Seoul da təşkil olunan “Arthdal Chronicles” serialının mətbuat konfransında aktyor Sonq Cunq Ki (Song Joong-ki) iştirak edib. (Serialın süjet xətti və video tizlərinə buradan baxa bilərsiniz.) Qeyd edək ki, adı keçən serialın baş rol qəhrəmanı olan Sonq Cunq Kinin (Song Joong-ki) rol həmkarı aktrisa Kim Ci Vondur (Kim Ji Won). Mətbuat konfransı zamanı aktyor Sonq Cunq Ki (Song Joong-ki) jurnalistlərin “evləndikdən sonra həyatınızda hansı dəyişikliklər oldu?” sualına belə cavab verib: “Əslində diqqət çəkəcək böyük dəyişkliklər baş verməyib, amma konkret nələrisə nəzərə alsaq mən əvvəlkindən daha rahat olmuşam. Mənim ürəyim rahatlıq tapıb. Həyat yoldaşım Sonq Hye Kyo (Song Hye-kyo) “Arthdal Chronicles” serialının və serialın rejisorunun pərəstişkarıdır. Layihə üzərində bütün işlərimi onun diqqət və qayğısı sayəsində tamamlaya bilmişəm”.
“Arthdal Chronicles” serialı iyun ayının 1-də tvN kanalında yayımlanacaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020