//Aktyor So Ci Sobun (So Ji-sub) sevgilisi kimdir?

Aktyor So Ci Sobun (So Ji-sub) sevgilisi kimdir?

 

Dispatch növbəti cütlüyün birlikdəliyini aşkarladı. Nəhayət, məlum oldu ki, aktyor So Ci Sobun (So Ji-sub) sevgilisi aparıcı Ço In Conqdur (Cho Eun Jung). Onlar SBS kanalının “Access Showbiz Tonight” adlı verlişinin çəkilişlərindən sonra görüşməyə başlayıblar. Belə ki, 2018-ci ildə çəkilən “Be with You” filminin baş rol qəhrəmanı olan aktyor filmin yayımlanması və mövzüsu ilə əlaqədar adı keçən verlişin qonağı olub. Həmin verlişin aparıcısı olan  Ço In Conq (Cho Eun Jung) ilə elə həmin verlişdə tanış olub.

So Ci Sobun (So Ji-sub) agentliyi “51K” yayılan xəbərlərlə bağlı açıqlama verərək belə deyib: “Bəli, onların görüşdükləri həqiqətdir. Və onlar 1 ildir ki, sevgilidirlər”. 

Aşağıdakı şəkillərdən də onların sevgili olduqları açıq aydın görsənir.

Sizcə onlar bir-birinə yaraşır? So Ci Sobun (So Ji-sub) kim ilə sevgili olmağını istərdiniz?