//Aktyor Park Ce Min (Park Jae-Min) ailə həyatı qurdu

Aktyor Park Ce Min (Park Jae-Min) ailə həyatı qurdu

 

May ayının 5-də Aktyor Park Ce Min (Park Jae-Min) sadə və qapalı toy təşkil edərək ailə həyatı qurdu. Toyda hər iki tərəfədən ailə üzvləri və dostlar iştirak etdi. Aktyor bu sevincli xəbəri şəxsi Instagram səhfəsində bölüşərək elan etdi. Paylaşılan xəbərdə belə yazılıb “Sevimli dostlar. Mən həmişə özümə ailə qura biləcəyim, omrum boyu birlikdə xoş xatirələr yarada biləcəyim həyat yoldaşını arzulamışam. Bu gün mənim arzum gerçək oldu.  Mən həyatımı sevgi nigahı ilə birləşdirdim. Çox təəsüf edirəm ki, belə şad xəbər sadəcə bir dənədir. Amma bu yeni başlanğıcın ilkin mərhələsidir. Mən düşünürəm ki, bu şad xəbər hamınızın ürəyincə olar və bizi dəstəkləməyi əsirgəməzsiniz. Sonsuz məhəbbətiniz üçün sizə minnətdaram. Ən yaxşı arzularla Park Ce Min (Park Jae-Min)

“Super Junior” qrupnun üzvü Çoi Sivon (Choi Siwon) öz şəxsi Instagram səhfəsində şəkil paylaşaraq təkrar cütlüyü təbrik edib. Paylaşılan şəkildə belə yazılıb “Təkrar səmimi qəlbdən təbrik edirəm və ümid edirəm ki, sən həmişə xoşbəxt olcaqsan. Səni sevirəm qardaşım“.

Biz də, Hansamo ailəsi adından ailə quran cütlüyü təbrik edirik.