//Aktyor Ma Donq Sok (Ma Dong-Seok) “John Wick: 3” filmindən imtina etdi

Aktyor Ma Donq Sok (Ma Dong-Seok) “John Wick: 3” filmindən imtina etdi

 

May ayının 23-də 72-ci Kan festivalında iştirak edən aktyor, KİV-nə müsahibə verib. Qeyd edək ki, aktyor Ma Donq Sokun (Ma Dong-Seok) iştirak etdiyi “The Gangster, The Cop, The Devil” filmi, 72-ci Kan festivalının, müsabiqə kateqoryasına daxil olan iki Koreya filmindən biridir. Filmin süjet xətti və ikinci film haqqında buradan oxuya bilərsiniz. Tədbir zamanı aktyor Ma Donq Sok (Ma Dong-Seok) tezliklə ailə qurmaq istədiyi haqqında müsahibə verib. Qeyd edək ki, aktyor 2016-cı ildən Ye Conq Hva (Ye Jeong Hwa) (Amrikanın keçmiş futbol məşqçisi və aparıcısı) ilə sevgilidir. Aktyorun verdiyi müsahibəyə agentlik dərhal açıqlama verərək belə deyib: “Onun evlilik haqqında verdiyi müsahibə həqiqətdir. Bəli o, tezliklə evlənmək, ailə qurmaq fikrindədir.  Amma hələ heç nə dəqiq deyil. Ma Donq Sok (Ma Dong-Seok) hal-hazırda Ye Conq Hva (Ye Jeong Hwa) ilə çox yaxşı münasibətdədir. Xatırladaq ki, onların evlənməkləri hələ planlaşdırılmayıb. Cütlük ailə qurmaq qərarına gələn kimi biz sizə bu haqda rəsmi açıqlama verəcəyik. Dəstəyiniz və marağınız üçün çox sağolun”.

 

Ma Donq Sok (Ma Dong-Seok) müsahibəsində ona dəstək olanlara təşəkkür edıib: “Bu filmdə rol oynamaq imkanı yaradan, mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm. Qırmız xalçada gəzmək bir ayrı həyəcan verir insana”.

Məşhur amerikanlı aktyor Sylvester Stallone “The Gangster, The Cop, The Devil” filminin Amerika formasını çəkməyə hazırlaşır. Qeyd edək ki, filmin Amerika formasında da koreyalı aktyor Ma Donq Sokun (Ma Dong-Seok) baş rol qəhrəmanı olması planlaşdırılır. Hollywooddan başqa təkliflər almisınızmı sualına Ma Donq Sok (Ma Dong-Seok) belə cavab verib: The Gangster, The Cop, The Devil” filminin çəkilişlərinə görə rejisoru Chad Stahelskinin “John Wick: 3″ filmində rol təklifinə imtina etməli oldum. Chad Stahelski mənim rol oynamaq peşəkarlığımı çox bəyənir. O başqa filmlərimi izlədikdən sonra bu filmdə mənim oynamağımı istədi, amma mən bu təklifə imtina etməli oldum. Sylvester Stallonedən başqa təklif göndərənlər çoxdur. Mən hələ bu haqda düşünürəm. Yeni xəbərlər olan kimi sizə mütləq xəbər verəcəyəm.