//Aktyor Kim Conq Hyon (Kim Jung Hyun), MBC-nin “Time” serialından ayrıldıqdan 6 ay sonra fan kafedə paylaşım etdi

Aktyor Kim Conq Hyon (Kim Jung Hyun), MBC-nin “Time” serialından ayrıldıqdan 6 ay sonra fan kafedə paylaşım etdi

Sağlamlığı ilə bağlı səbəblərə görə keçən ilin sentyabr ayında fasilə verdiyini açıqlayan Kim Conq Hyon, 6 ay sonra ilk dəfə fan kafedə pərəstişkarlarıüçün yazı paylaşdı.

Kim Conq Hyon, kişi baş rol olmağına baxmayaraq, yemək və yuxu pozğunluğu keçirməyə başladıqdan sonra MBC-nin “Time” serialından ayrılmaq məcburiyyətində qalmışdı.

Aktyor, 16 martda rəsmi fan kafesində Kim Conq Hyon :

“Sağlamlığımı geri qazanmaq üçün çox çalışıram.  Ancaq diqqət yetirməli olduğum çox şey var. Hamı üçün çox darıxmışam. Məyusam. Sizinlə əlaqə qurduqdan qısa müddət sonra daha yaxşı olacağımı düşünürəm. Bu yazını yazmağın yaxşı olub , olmamağını çox fikirləşdim. Yaxında görüşək. Zamanla hər kəsə güc verən aktyor olacağam.” 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova