//Aktyor Jisoo haqqında çıxan xəbərlərə rəsmi olaraq cavab verdi

Aktyor Jisoo haqqında çıxan xəbərlərə rəsmi olaraq cavab verdi

Son zamanlarda haqqında yayılan xəbərlərlə bağlı aktyor Jisoo öz instaqram hesabında rəsmi olaraq açıqlama verdi.

“Salam. Mən Jisooyam.

Keçən dəfə yüklədiyim son yazıda ürəyimdəkiləri sizlərə çatdırdıqdan sonra uşaqlığımdan bu günə qədərki həyatımı düşünməyə vaxtım oldu. 15 il əvvəl orta məktəbdə oxuduğum zaman etdiyim səhv hərəkətlərimə görə təkcə o dövrdə zərər görənlərdən deyil, həm də mənə aktyor kimi inanan və dəstəkləyən minnətdar insanlara da zərər verdiyim üçün həqiqətən məyusam.Təxminən iki ay əvvəl mənim haqqımda şübhə yaradan çoxsaylı məqalə və şərhlər anonim icma saytlarında yayımlandı. İlk yazı və mətbuatda yer alan xəbərlər də daxil olmaqla bir çox məqalədə çox şişirdilmiş, təhrif olunmuş hekayələr və açıq aşkar yalan faktlar var idi. Zərərçəkmiş insanlara və çalışdığım işimə zərər verməmək üçün dərhal heç bir bəhanə vermədən üzr istədim. Mənimlə əlaqə quran hər kəsdən ürəkdən üzr istədim və bağışlandım.Yuxarıdakı yalan yazılar arasında cinsi təcavüz etdiyim barədə yalan şərhlər də var idi və bu məqalələr gündəmə gəldikdə, onları yayımlayan şəxs(müxbir) əvvəlcə mənimlə əlaqə saxladı və bunların həqiqətə uyğun olmadığını, səhv məzmununun çevrildiyini söylədiyinə görə üzr istədi. Şərhlərinin düzəldilməsini və ya silinməsini istədiyi hallar da var idi.Həmçinin müxtəlif anonim icmalarda yalan faktlar da daxil olmaqla çox sayda məqalələr yayımlandı. Bəzi müəlliflər kimisə cinsi əlaqədə olmağa məcbur etdiyimi və ya kimlərinsə cinsi əlaqəli bir videoya baxdıqlarını söylədiyi yalan faktlar yayımladı. Daha sonra isə şərhləri silərək, yuxuya getdilər(bilməməzlikdən gəldilər mənasında). Həqiqətin ortaya çıxacağını inamla gözləyərək, keçmişdəki səhvlərim haqqında düşünməyə başladım. Lakin, mən susduqca yalan faktlar doğru imiş kimi qəbul edildi və buna görə də hər şeyi açıqlamağa qərar verdim.Açıqca yalan olan və heç bir doğruluğu olmayan hekayələrin həqiqət kimi qəbul edildiyi bir vaxtda mənə sona qədər inanan insanlara da həqiqət gecikmədən açıqlandı və yazıları yazanlara qanun qarşısında cavab verilməyə başlandı. Yazılar yayımlandıqdan dərhal sonra yalan olduğunu bilirdim amma haqqımdakı mübahisələrə görə efirə gedən serialda problem yaşanmasını istəmədim. Buna görə də serial bitdikdən sonra məhkəməyə müraciət etdim.Hazırda yalan məlumat yerləşdirən və yayanlara qarşı araşdırmalar aparılır və yalan məlumatları yayanlara və ehtiyatsız zərərli şərh və ya rəy yazanlara qarşı qanuni tədbirlər görməyə davam edəcəyik. Bununla birlikdə, bu qanuni cavablardan başqa, keçmişim haqqında düşünməyə davam edəcəyəm və daha yaxşı bir insan olmağa çalışacağam. Mənim üzümdən bir çox insan narahat olduğu üçün bir daha üzr istədiyimi söyləmək istərdim.”

 

TAGS:
Elmina Səfərova