//Aktyor Hyon Bin (Hyun Bin) və Son Ye Cin (Son Ye-jin) yeni layihədə

Aktyor Hyon Bin (Hyun Bin) və Son Ye Cin (Son Ye-jin) yeni layihədə

 

Legend of the Blue Sea (SBS, 2016), The Producers (KBS2, 2015), My Love from the Star (SBS, 2013-2014), My Husband Got a Family (KBS2, 2012), Queen of Reversals (MBC, 2010-2011), Queen of Housewives (MBC, 2009), Get Karl! Oh Soo-jung (SBS, 2007), Love Isn’t Stop (KBS N, 2007) kimi bir neçə məşhur serialın senaristi Park Ci In (Park Ji-eun) aktyor Hyon Bin (Hyun Bin) və Son Ye Cinin (Son Ye-jin) iştirakı ilə yeni “Crash Landing of Love” adlı serialın çəkilişlərinə hazırlaşır. Qeyd edək ki, serialın romantik, komendiya janrında, ilin növbəti yarısında, tvN kanalında yayımlanması planlaşdırılır. Serialın süjet xətti varlı ailənin varis qızından və təcürübəli zabitdən bəhs edəcək. Xatırladak ki, serialın baş qəhrəmanlarının sözlərinə görə onlar real həyatda yaxın dostdurlar. Buna baxmayaraq onlar haqqında sevgili olduqları iddiaları var. Hər iki aktyorun agentliyi bu xəbəri dəfələrlə təkzib etsədə, onlar bir neşə dəfə, birlikdə kameralara tuş gəliblər.