//Aktyor Co Conq Soka (Jo Jung Suk) baş rol təklifi

Aktyor Co Conq Soka (Jo Jung Suk) baş rol təklifi

 

Sevilən aktyor, tvN kanalının, dram janrında çəkilməsi planlaşdırılan “Wise Doctor Life” adlı serialında baş rol oynamaq təklifi alıb. May ayının 29-da aktyorun agentliyi tərəfindən yayılan xəbərlərdə belə deyilir: “Co Conq Sok (Jo Jung Suk) “Wise Doctor Life” adlı serialda baş rol təklifi haqqında, müsbət düşünür“. Qeyd edək ki, adı keçən serialın rejisoru daha əvvəl “Prison Playbook” adlı serial ilə məşhur olan Şin Von Hodur (Shin Won Ho). Rejissor bu serialda məhz aktyor Co Conq Sokun (Jo Jung Suk) rol oynamasını istəyib. Serial tibbdən, həkim, xəstə münasibətlərindən bəhs edəcək. Serialın 3 mövsüm davam edəcəyi deyilir.