//Aktrisa Yu In Na (Yoo In-na) @star1 jurnalı üçün fotosessiyada iştirak edərək, müsahibə verdi

Aktrisa Yu In Na (Yoo In-na) @star1 jurnalı üçün fotosessiyada iştirak edərək, müsahibə verdi

 

tvN kanalının “Touch Your Heart” serialının çəkilişləri bitdikdən sonra may ayının 10-nu tarixində aktrisa Yu In Na (Yoo In-na) @star1 jurnalının növbəti buraxılışı üçün fotosesiyada iştirak etdi və müsahibə verdi. Fotossesiya gündəlik həyat tərzi stilinə uyğun çəkilib. Növbəti dəfə aktrisa gözəlliyi və zərafəti ilə hamını özünə valeh etdi.

Müsahibə zamanı aktrisa Yu In Na (Yoo In-na) “Touch Your Heart” serialının çəkilişlərindən bəhs edərək belə deyib: “Touch Your Heart”  serialının çəkilişləri çox əyləncəli və maraqlı keçdi. Düşünürəm ki, buna səbəb serialda təsvir olunan baş qəhrəman ilə özüm arasındakı bənzərlikdir. Serialın bu qədər sevilməsinə səbən onun fantaziya janrında çəkilməməsidir. Bu səbəbdən bir çox izləyici tərəfindən sevildi. Serialdakı baş qəhrəman kimi mən də bütün pərəstişkarlarım ilə daim ünsiyyətdə olmaq, onlarla yaxşı dost olmaq istəyirəm”.

 

TAGS: