//Aktrisa Li Sunq Kyunqun (Lee Sung-kyung) “High Cut” jurnalına verdiyi müsahibə

Aktrisa Li Sunq Kyunqun (Lee Sung-kyung) “High Cut” jurnalına verdiyi müsahibə

 

Aprel ayının 4-də “High Cut” jurnalı, aktrisanın jurnal üçün çəkilən şəkillərini və müsahibəsini dərc etdi. Qeyd edək ki, Li Sunq Kyunq (Lee Sung-kyung) jurnalın növbəti buraxılışı üçün foto çəkilişlərdə iştirak etmişdir. Çəkilişlər zamanı, aktrisadan xüsusi müsahibədə alınmışdır. Müsahibəsində yeni filmindən bəhs edən aktrisa, öz təəsüratlarını bölüşmüşdür. Xatırladaq ki, aktrisa, may ayında ekranlara verilməsi planlaşdırılan  “Girl Cops” filmində, həmkarı Ra Mi Ran (Ra Mi-ran) ilə birlikdə rol almışdır. Müsahibə zamanı film haqqında verilən suallara aktrisa belə cavab verib ” Biz, polis-detektiv mövzularında çəkilən filmlər haqqında düşünəndə, ilk ağlımıza gələn adrenalin, hərəkət dolu səhnələrdir. Mən düşünürəm ki, bizim bu filmimiz ictimaiyyətə açıq olması ilə yenilik etmiş olacaq. Məlum məsələdir ki, filmin çəkilşələri vaxtı mən çox səhvlər edirdim, mənim rol yoldaşım aktrisa Ra Mi Ran (Ra Mi-ran) mənə çox dəstək oldu. Mən özümü çox xoşbəxt hiss edirəm ki, belə bir təcrübəli həmkarımla birlikdə bir filmə çəkilmək fürsətinə sahib olmuşam. Ümüd edirəm ki, xoş təəsüratlarımı izləyicilərədə ötürə biləcəyəm”.

Gəlin, birlikdə Li Sunq Kyunqun (Lee Sung-kyung) “High Cut” jurnalı üçün çəkilən şəkillərinə baxaq.