Story J Company agentliyinin oktyabr ayının 16-da KİV-nə verilən açıqlamada belə deyilir: “Aktisa Kim Te Hinin (Kim Tae-hee) tvN kanlınının yeni serialında baş rol oynamaq təklifi aldığı həqiqətdir. Amma hələ ki, qəti qərar verilməyib”. Qeyd edək ki, aktrisa Kim Te Hinin baş rol oynamasını planlaşdırılan serial, tvN kanalına məxsusdur. Serialın təsdiq olunmamış adı “Hello mam” hesab olunur. Əgər aktrisanın serialda oynamaq qərarı qətiləşsə bu onun iş koreyasında 5 illik fasilədən sonra ilk işi hesab olunacaq. Xatırladaq ki, aktisanın ən sonuncu işi 2015-ci ildə ekranlara gələn “Yong-pal” serialıdır. Bu serialın çəkilişlərindən sonra 2017-ci ildə aktrisa müğənni Rain ilə ailə həyatı qurub. Daha sonra onun iki ovladı dünyaya gəlib.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020