//Aktrisa Han Ci Sonqun (Han Ji Seong) ölümü ilə bağlı araşdırma davam edir

Aktrisa Han Ci Sonqun (Han Ji Seong) ölümü ilə bağlı araşdırma davam edir

 

May ayının 6-da Koreya saatı ilə saat 3:50 radələrində avtomobil qəzası nəticəsində həyatını itirən aktrisa Han Ci Sonqun (Han Ji Seong) ölümü ilə bağlı araşdırma davam edir. Qəza haqqında daha əvvəldən saytımızda məlumat vermişdik. (Ətraflı buradan oxuya bilərsiniz). Qeyd edək ki, qəzanın baş vermə anı, aktrisanın maşından nə səbəbdən çıxdığı hamı üçün qaranlıqdır. Belə ki, qəza vaxtı maşında olan həyat yoldaşının qəfil ayaq yoluna getmək istəyi səbəbindən, aktrisa maşını yüksək sürətli yolda saxlayaraq, maşından çıxıb və kənarında dayanıb. Maşının qara qutusunu arşıdırarkən məlum olub ki, qara qutuda səs yoxdur. Hadisənin nə səbəbdən baş verdiyi hələ də, məlum deyil. Bütün bunlar araşıdrmanı ləngidir. Amma hadisə olan gün, eyni vaxtda, həmin yoldan keçən digər maşınların kamera görüntülərindənəsasən, hadisə Han Ci Sonqun (Han Ji Seong) həyat yoldaşının maşını tərk etməsindən 30 saniyə sonra baş verib.  Aktrisanın həyat yoldaşının sözlərinə görə o, maşından çıxanda aktısa maşında olub. Maşından nə səbəbdən çıxdığını o, da bilmir. TV Reportdan verilən məlumatlarda aktrisanın həyat yoldaşının vəkil olduğu və polisə verdiyi ifadəsində aktrisanın həmin gün dostları ilə birgə əylənərək, spirtli içki içdiyi deyilib. Amma şəxsən onun içdiyini o, görməyib. Faktla bağlı araşdırma hələ davam edir.