May ayının 8-də KİV-nə verilən məlumatlarda aktrisa Von Cin Ahın (Won Jin-ah) “Please Melt Me” serialında, sevimli aktyor Ci Çanq Vuk (Ji Chang-wook) ilə rol həmkarı olacağı deyilir.Aktrisanın agentliyi “Yooborn Company” yayılan bu xəbərlərə açıqlama verərək belə deyib: “Bəli. Aktrisa adı keçən serialda baş rol təklifi alıb və hal-hazırda bu haqqda düşünür“. Serialın süjet xətti bir qadın və kişidən gedir. Belə ki, onların hər ikisi tele müsabiqəyə qatılır. Müsabiqənin şərtlərinə əsasən hər ikisi 24 saat buzxanada qalmalıdırlar. Amma yaranan naməlum münaqişə səbəbindən, 20 ildən sonra ayılırlar. Bu hadisədən sonra hər ikisi təcürübənin mənfi fəsadlarını özündə hiss etməyə başlayır. Onların sağ qala bilməyinin yeganə yolu bədən istiliyini 27.5 dərəcədə qoruyub saxlamaqdır.(Selsi şkalası üzrə). Serialın bu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.
Sevimli aktyor Ci Çanq Vukun (Ji Chang-wook) hansı aktrisa ilə birgə rol oynamasını istərdiniz?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020