//“Abyss” serialının yeni fraqmenti yayımlandı

“Abyss” serialının yeni fraqmenti yayımlandı

Baş rolunu Park Bo Yonq (Park Bo-Young) və Ahn Hyo Sopun (Ahn Hyo-Seop) bölüşdüyü “Abyss” serialının əsas fraqmenti yayımlandı.

Serial, Abyss adlı sirli əşya sayəsində, ruhlarının gözəlliklərinə görə xarici görünüşləri dəyişən iki insanın ətrafında dönür. Se Yon və Çan bir hadisə nəticəsində həyatlarını itirirlər. İkisi də Abyss sayəsində başqa bədənlərdə yenidən həyata qayıdırlar. Ancaq Se Yon dillərə dastan bir gözəlliyə sahibkən adiləşir (Park Bo Young), Çan, heç cəlbedici biri deyilkən olduqca yaraşıqlı (Ahnn Hyo Seop) biri olur. İkisidə qatillərinin izinə düşür.

Serialın ssenaristliyini “Rude Miss Young-Ae” seriyasının 9-ci və 10-ci mövsümünü qələmə alan Mun Sun (Moon Soon) edir.

Serialın mayın 6-si, yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan