//“Abyss” serialının xarakter afişaları yayımlandı

“Abyss” serialının xarakter afişaları yayımlandı

Baş rolunu Park Bo Yonq və Ahn Hyo Sopun bölüşdüyü “Abyss” serialının üç obraz afişası yayımlandı.

Serial, sirli bir güc sayəsində, ruhlarının gözəlliklərinə görə xarici görünüşləri dəyişən iki insanın ətrafında baş verir. Se Yon və Çan qarışdıqları bir hadisə nəticəsində həyatını itirir. İkisi də Abyss adlı sirli girdə bir əşyanın sayəsində başqa bədənlərdə yenidən həyata qayıdır. Ancaq Se-Yeon dillərə dastan bir gözəlliyə sahibkən, adiləşir, Çan, heç cəlbedici biri deyilkən olduqca yaraşıqlı biri olur. Hər ikisi qatillərinin izinə düşür.

Park Bo Yonq serialda uğurlu bir prokuror olan Ko Se Yon obrazını canlandırır. Mükemmeliyetçi və sərt biridir. Ölüb başqa bədəndə yenidən həyata qayıtdıqdan sonra bir hüquq firmasında vəkil kimi işləməyə başlayır.

Ahn Hyo Sop serialda, Koreyanın ən böyük kosmetik firmasının varisi olan Çan obrazını canlandırır. Zəkalı biri olduğu qədər təvazökar və yaxşı bir qəlbə malik biridir. Ancaq cəlbedici və yaraşıqlı bir görünüşə sahib olmadığını düşünür. Ölüb, başqa bir bədəndə yenidən həyata qayıtdıqdan sonra bir hüquq firmasında menecer kimi işləməyə başlayır.

İ Sonq Ce serialdada ikiüzlü bir həkim olan Oh Yonq Çol obrazını canlandırır.

Serialın ssenaristliyini “Rude Miss Young-Ae” seriyasının 9-cu və 10-cu mövsümünü qələmə alan Mun Su Yon edir.

Serialın ilk bölümü 6 mayda yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan