//“97 line” idolları və İtevon bar (İtaewon) gerçəkləri

“97 line” idolları və İtevon bar (İtaewon) gerçəkləri

Dispatch-in yayımladığı “97 line” idollarının  İtevon (İtaewon) bara getdiyi ilə bağlı məqalədə səhv məlumatların və saxta hesabatların olduğu ortaya çıxdı.

 

“İtevondakı idollar” ilə bağlı ilk söz-söhbətlər hadisənin şahidi olduğunu iddia edən bir şəxsin tweet-i ilə başladı və sonra bu mövzuda bir çox məqalə yazılmağa başladı. Müxbirlər əvvəl onlara A və B adlı idollar olaraq xitab etdilər amma 4 nəfərlik bir qrup olduqlarını bilmirdilər, çünki məqalələr sadəcə bir tweet üzərindən yazılmağa başlamışdı. SBS müxbiri “97 line” idollarının getdiyi məkanları açıqladığı zaman, əvvəl bu mövzü haqqında xəbər yazdığı üçün etibarlı bir mənbə hesab edilirdi, lakin məqalədə 4 idoldan danışmamışdı. A və B adlandırılan idollar haqqında çıxan xəbərlərdə sadəcə bir tweeti qaynaq göstərildi və bununla bağlı heç bir foto sübut təqdim edilmədi.

Bu danışılan məqalə SBS müxbiri tərəfindən 13 may yazılmışdı amma 4 idolun olduğu məqalədə bəhs olunmamışdı. 18 may Dispatch “İtevon idolları”nın BTS üzvü Conqkuk (Jungkook), ASTRO üzvü Ça In U (Cha Eun Woo), NCT üzvü Ce Hyon (Jaehyun) və Seventeen üzvü Min Qyu (Mingyu) olduğunu açıqladı. Həmçinin Dispatch, onları izləmədiyini, hadisənin şahidlər tərəfindən təsdiqləndiyini izah etdi. Yani ki, Dispatch şahidlərə güvənirdi, buna görə də, iddia edilən məkanların kiçik şəkillərini adları göstərilmədən qoydular və bu məkanları A, B, C şəklində adlandırdılar. Paylaşdıqları xəritənin altına “məkanların şəkilləri məkanlar ilə əlaqəli deyil” əlavə etdilər.

Beləliklə, əgər bu məkanların klub olmadığı ortaya çıxarsa, tənqidlər qəbul olunmayacaqdı. Getdikləri iddia edilən klub nümayəndəsi, “İşçilərimizdən həmin gün məkana məhşurların gəlmədiyini eşitdik və Dispatch-i bu xəbərə görə tənqid edirik” dedi. Başqa bir mənbə, “3-cü yerin bir klub olması haqqında şayiələr tamamilə doğru deyil” dedi. Əslində, bu bölgədə yerləşən və Dispatch tərəfindən nəşr olunan xəritədə işarələnən klublar Dispatch-i şikayət etdilər. Dispatch-in yalan xəbər yazdığı ilk nöqtə sosial məsafə qaydalarına əməl etmədikləri iddiası idi. Sosial məsafə qaydaları aprelin 20-dən mayın 5-dək yumşaldıldı, bu zaman bütün restoran və barlar açıq idi və insanların ora getməsi qadağan olunmamışdı. “97-nin İdolları” 25 apreldə Itevona getdilər, yəni bu o deməkdir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən müəyyən edilmiş heç bir qaydanı pozmayıblar. Aşağıdakı fotoda göründüyü kimi, təsdiqlənmiş COVID-19 xəstəsi ilə təmasda olmadıqları üçün 2 həftəlik izolyasiya prosesindən keçməyə məcbur deyildilər.

Ancaq yenə də, könüllü olaraq test verdilər. Əvvəldən səhv bir şey etməmələrinə baxmayaraq, Dispatch-in hesabatına görə onlara çox pis insanlar kimi davranıldı və “tibb işçilərinə çətin anlar yaşatmaqda” ittiham olundular. Dispatch-in yalan xəbər yazdığı ikinci nöqtə Dispatch “97 line”idollarının getdiyi bara insanların toplanmasının qadağan olduğunu söyləmişdi. İdolların getdiyi J-barda belə bir qadağanın olmadığı və barın bir restoran olaraq sinifləndirildiyi ortaya çıxdı. Həmçinin, Dispatch-in “C məkanı” olaraq adlandırdığı B-barın SBS müxbirinin qeyd etdiyi bar olmasının mümkünsüz olduğunu, SBS müxbiri tərəfindən bəhs olunan barın 2 aydır ki, bağlı olduğu ortaya çıxdı. Bu xəbərlərdən sonra Dispatch netizenlər tərəfindən idolları çətin vəziyyətdə qoyduğu üçün tənqid olunmağa başladı.